Lavrov Napoleon və Hitleri Makronun “sələfləri” adlandırdı - VİDEO

Hazırda oxunan: Lavrov Napoleon və Hitleri Makronun “sələfləri” adlandırdı - VİDEO

237986

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa lideri Emmanuel Makronun açıqlamaları ilə Hitler və Napoleonun ritorikası arasında paralellik aparıb. Lavrov qeyd edib ki, Fransanın hazırkı prezidenti “sələfləri”ndən fərqli yanaşma nümayiş etdirir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın baş diplomatı mətbuat konfransı zamanı danışıb.

Onun sözlərinə görə, Rusiya ilə vuruşmaq istətən Napoleon və Hitlerdən fərqli olaraq cənab Makron heç də az fəallıq göstərmir.

Xatırladaq ki, martın 5-də Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb.

O, həmçinin ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinin dəyişməsini və Vaşinqtonun NATO-dakı rəhbərliyini qeyd edib.

Lavrov buna cavab olaraq deyib ki, Makron mütəmadi olaraq Putinə zəng etmək niyyətini bəyan edir və onun belə bir imkanı var: “Rusiya prezidenti bütün həmkarları ilə təmaslara açıqdır”.

Lavrovun sözlərinə görə, Putin dəfələrlə Rusiyanın Avropaya qarşı müharibə hazırlaması ilə bağlı ittihamları absurd və mənasız adlandırıb və bunun Rusiyaya lazım olmadığını deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Makrona Minsk razılaşmalarının uğursuzluğunun səbəbini Ollanddan öyrənməyi tövsiyə etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin