Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə “CNN Prima News” xəbər kanalı yazıb.
Mənbə qeyd edir ki, deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu "Putinin sponsoru" və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər.
Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında Kreml yönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.
Deputatlar bəyanatlarında "Vardanyanın fəaliyyətinin müxtəlif vaxtlarda müxtəlif ölkələrin siyasətçiləri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq media tərəfindən diqqət çəkdiyini və pislənildiyini" xatırladırlar.
Oliqarx 2023-cü ilin payızından Bakıda həbsdədir. O, həbsdən əvvəl rəhbərlik etdiyi tanınmamış separatçı qurumun ərazisindən Ermənistana qaçmağa cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Qarabağda saxlanılıb. Vardanyan terrorizm, qanunsuz silahlı birləşmələrin təşkili və maliyyələşdirilməsi, hərbi cinayətlər və məcburi deportasiyada ittiham olunur.
“CNN Prima News” həmçinin vurğulayır ki, altı il bundan əvvəl Avropa İttifaqının sanksiyalarından yayınmağa cəhd göstərməsinə baxmayaraq, qondarma Qarabağdakı erməni separatçıların keçmiş rəhbəri indi Azərbaycanda məhkəmə qarşısına çıxarılıb və onu ömürlük həbs gözləyir. (“Report”)
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:40 / 06.03.2025
Ruben Vardanyan üçün sərt cəza TƏLƏBİ
Hazırda oxunan: Ruben Vardanyan üçün sərt cəza TƏLƏBİ
Hazırda oxunan: Ruben Vardanyan üçün sərt cəza TƏLƏBİ
237981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.