Narkozsuz abort edildi, 7 gün komada qaldı - DƏHŞƏT...

Hazırda oxunan: Narkozsuz abort edildi, 7 gün komada qaldı - DƏHŞƏT...

237869
Türkiyədə abort edilən gənc qadın narkoz tələb edib, lakin qadınaxa0 "Sizə heç bir şey olmaz. Sizin kimilər nazlıdır " deyilərək narkoz verilməyib.xa0

Moderator.az xəbər verir ki, iddiaya görə abort zamanı ürəyi dayanan və 7 gün komada qalan qadın şikayətçi olduğu xəstəxanada hadisəni araşdıran mütəxəssisin eyni xəstəxananın həkimi olduğunu anlayanda hüquq mübarizəsi başladıb.xa0

1 uşaq anası qadın hamiləliyini dayandırmaq üçün abort olunub, ancaq xəstəxanadan çıxandan sonra qanaxması dayanmayıb. 25 gün dəfələrlə xəstəxanaya gedən və “heç bir şeyin yoxdur” deyilib geri göndərilən qadın son getdiyi müayinədə huşunu itirəndə həqiqətlər ortaya çıxıb.xa0
Həkimlər abortun natamam olduğunu vəxa0 ikinci dəfə abort həyata keçirilməsinin lazım olduğunu bildiriblər. Qadın aborta girərkən tibb bacısının əvvəlki tibb bacısı olduğunu gördüyünü və vəziyyəti ona izah edərək narkoz verilməsini istədiyini deyib. Qadının iddiasına görə tibb bacısı "Sizə heç bir şey olmaz. Sizin kimilər nazlıdır" deyərək ona narkoz verməyib.xa0
xa0
Abort zamanı ürəyi dayanan qadın həkimlərin müdaxiləsi ilə yenidən həyata qaytarılıb. 7 gün komada qalan qadın xəstəxanadan çıxandan sonra həyat yoldaşı ilə birlikdə tibb bacısından şikayətçi olub.xa0

Kamran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin