ABŞ-dan Ukraynaya növbəti ZƏRBƏ: Kəşfiyyat məlumatlarının Kiyevlə bölüşdürülməsi dayandırıldı

Hazırda oxunan: ABŞ-dan Ukraynaya növbəti ZƏRBƏ: Kəşfiyyat məlumatlarının Kiyevlə bölüşdürülməsi dayandırıldı

237865

ABŞ kəşfiyyat məlumatlarının Kiyevlə bölüşdürülməsini tamamilə dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
 

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff bəyan edib ki, Vaşinqton Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb, lakin media ABŞ-ın hələ də ən yaxın müttəfiqləri ilə Rusiya və Ukrayna ilə bağlı məlumat mübadiləsi apardığını yazıb.


Eyni zamanda qeyd edilib ki, Birləşmiş Ştatlar Böyük Britaniyaya Vaşinqtonun kəşfiyyat məlumatlarını Ukrayna Silahlı Qüvvələrinə ötürməyi qadağan edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Kiyevə bütün kəşfiyyat məlumatlarını deyil, yalnız Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə edilə bilən məlumatların ötürülməsini dayandırdığına dair məlumatlar yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin