Lukaşenko: "Tramp Çin və Rusiya ilə vuruşmayacaq" – VİDEO

Hazırda oxunan: Lukaşenko: "Tramp Çin və Rusiya ilə vuruşmayacaq" – VİDEO

237812

"Tramp (ABŞ prezidenti Donald Tramp – red.) nə Çinlə, nə də Rusiya ilə vuruşmayacaq. Çünki bunun nə ilə nəticələnəcəyini bilir, bu baxımdan o, ağıllı adamdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində deyib.

O bildirib ki, Tramp bu cür hərəkətlərin nəticələrini anlayaraq Rusiya və ya Çinlə münaqişəyə başlamayacaq.

Lukaşenkonun sözlərinə görə, ABŞ Rusiya ilə Çin arasında münasibətlərdə nifaq salmağa müvəffəq olmayacaq:

“Əgər ABŞ Rusiyaya Çinlə münasibətlərə zərbə vurmaq üçün təzyiq göstərsə, bu, alınmayacaq”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin