“Əgər xalqın belə bir istəyi olarsa, Birləşmiş Ştatlar Qrenlandiyanı öz tərkibinə qatmağa razıdır”.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Konqresdə çıxışı zamanı deyib.
“Gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik. Əgər bizi seçsəniz, sizi Amerika Birləşmiş Ştatlarında salamlayacağıq”, - deyə Donald Tramp Danimarka adasının sakinlərinə xitab edərək bildirib.
O, həmçinin ABŞ-ın Qrenlandiyanı bu və ya digər şəkildə “alacağını” vurğulayıb.
ABŞ Prezidenti daha əvvəl Danimarkanı Qrenlandiyadan imtina etməyə çağırmışdı. Ağ Ev rəhbərinin fikrincə, bu, Birləşmiş Ştatların milli maraqları baxımından vacibdir.
Qeyd edək ki, adada keçirilən ictimai rəy sorğularının nəticələrinə görə, qrenlandiyalıların əksəriyyəti ABŞ-ın bir hissəsi olmaq istəmir. Danimarkanın hakimiyyət orqanları da adanın Birləşmiş Ştatların tərkibinə qatılması məsələsinə sərt reaksiya verib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:56 / 05.03.2025
Trampdan Qrenlandiya sakinlərinə MÜRACİƏT: “Əgər bizi seçsəniz...” - VİDEO
Hazırda oxunan: Trampdan Qrenlandiya sakinlərinə MÜRACİƏT: “Əgər bizi seçsəniz...” - VİDEO
Hazırda oxunan: Trampdan Qrenlandiya sakinlərinə MÜRACİƏT: “Əgər bizi seçsəniz...” - VİDEO
237770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.