ABŞ Konqresinin birgə iclasında gözlənilməz hadisə baş verib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, prezident Donald Trampın çıxışı zamanı Demokratların nümayəndəsi Al Qrin onun sözünü kəsməyə çalışıb. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Qrin geri addım atmayıb və nəticədə zalı tərk etməyə məcbur edilib.
Trampın çıxışı sərhəd təhlükəsizliyi, iqtisadiyyat və xarici siyasət məsələlərini əhatə edirdi. Lakin Qrin prezidentin bəzi fikirlərinə etiraz edərək onun sözünü kəsib. Nümayəndələr Palatasının spikeri Mayk Conson sakitliyi bərpa etməyə çalışsa da, Qrin xəbərdarlıqlara məhəl qoymayıb və nəzarətçilərin müdaxiləsi ilə zalı tərk edib.
Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi siyasətçilər Qrinin addımını "demokratiyanın bir hissəsi" kimi qiymətləndirərkən, digərləri onu "nizam-intizama qarşı çıxmaqda" ittiham ediblər.
Hadisənin Konqresdəki siyasi gərginliyə necə təsir edəcəyi isə hələlik məlum deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:34 / 05.03.2025
ABŞ konqresində gərgin anlar: Tramp onu zaldan QOVDU - VİDEO
Hazırda oxunan: ABŞ konqresində gərgin anlar: Tramp onu zaldan QOVDU - VİDEO
Hazırda oxunan: ABŞ konqresində gərgin anlar: Tramp onu zaldan QOVDU - VİDEO
237747
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.