Lukaşenko: "Zelenskiyə öz oğlum kimi baxırdım" – VİDEO

Hazırda oxunan: Lukaşenko: "Zelenskiyə öz oğlum kimi baxırdım" – VİDEO

237733

“Mən Zelenski ilə öz oğlum kimi davranırdım”.

Bizim.Media xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufala müsahibəsində bildirib.

“Mənim ona yazığım gəlir. Mən onunla öz oğlum kimi davranırdım. Bizim çox yaxşı münasibətlərimiz var idi”, - deyə Aleksandr Lukaşenko vurğulayıb.

Belarus lideri Zelenskinin hakimiyyətinin ilk dövrlərində ondan məsləhətlər aldığını da qeyd edib:

“Prezidentlik karyerasının əvvəlində Volodimir Zelenskinin güvənəcəyi heç kim yox idi. Onda Ukraynada millətçilərin çəkisi çox idi və o, güclülərin tərəfinə keçdi. Amma o, bunu etməməli idi”.

Lukaşenko xatırladıb ki, Volodimir Zelenski ukraynalılara çox söz verib və onun əsas vədi müharibəni dayandırmaq olub: 

"Amma əslində o, bu müharibəni daha da qızışdırmaq üçün hər şeyi etdi. Bəli, Zelenskinin belə səhvləri olub, amma onu da buna məcbur ediblər”.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin