Zelenski: “Mən və komandam Trampın rəhbərliyi altında işləməyə hazırıq” - FOTO

Hazırda oxunan: Zelenski: “Mən və komandam Trampın rəhbərliyi altında işləməyə hazırıq” - FOTO

237715

“Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Heç kim ukraynalılardan çox sülh istəmir. Komandam və mən davamlı sülh əldə etmək üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında yazıb.

O qeyd edib ki, Kiyev Amerikanın Ukraynaya öz suverenliyini və müstəqilliyini qoruyub saxlamaq üçün nə qədər kömək etdiyini həqiqətən qiymətləndiririk:

“Və biz Prezident Trampın Ukraynaya “Javelins” verdiyi zaman vəziyyətin dəyişdiyi anı xatırlayırıq. Biz buna görə minnətdarıq.

Vaşinqtonda, Ağ Evdə görüşümüz nəzərdə tutulduğu kimi getmədi. Təəssüflər olsun ki, bu cür oldu. İşləri düzəltməyin vaxtıdır. Biz istərdik ki, gələcək əməkdaşlıq və ünsiyyət konstruktiv olsun. Minerallar və təhlükəsizliklə bağlı sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır”.
 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin