Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən Manas Beynəlxalq Hava Limanında sərnişinlərin təxliyəsinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti yerli mediaya məlumat verib.
Məlumata görə təxliyəyə səbəb ərazidə bomba həyəcanı olub. Belə ki, hava limanının parklanma ərazisində olan avtomobillərdən birində bomba olması barədə məlumat daxil olub.
Həmçinin mövcud reyslərə də sərnişinlərin qeydiyyatı dayandırılıb.
Bizim.Media