Ukraynada yarım il üçün silah ehtiyatı var: Lakin ABŞ-ın köməyi olmasa...

Hazırda oxunan: Ukraynada yarım il üçün silah ehtiyatı var: Lakin ABŞ-ın köməyi olmasa...

237657

"Ukraynanın təxminən yarım ilə yetəcək silah ehtiyatları var, lakin ABŞ-ın köməyi olmasa, vəziyyət daha da çətinləşəcək".

Bizim.Media xəbər verir ki, bunu Ali Radanın Milli təhlükəsizlik məsələləri komitəsinin üzvü Fedor Venislavski "RBK-Ukrayna" nəşrinə bildirib.

"Düşünürəm ki, Ukraynanın dözümlülük ehtiyatı təxminən yarım il üçün kifayətdir, hətta ABŞ-dən sistemli yardım olmasa belə. Amma əlbəttə ki, bu, vəziyyəti xeyli çətinləşdirəcək", - deyə o, silah ehtiyatları ilə bağlı sualı cavablandırarkən bildirib.

"Buna görə də indi hər kəs ABŞ-nin bizə verməyi dayandırdığı və ya dayandıra biləcəyi silahların sayını və keyfiyyətini kompensasiya etmək yollarını nəzərdən keçirmək üzərində işləyir", - deyə Venislavski əlavə edib.

Onun sözlərinə görə, xüsusilə hava hücumundan müdafiə sistemləri və HIMARS yaylım atəş sistemləri ilə bağlı vəziyyət ağır olacaq. O əlavə edib ki, digər silah ehtiyaclarının bir hissəsini Ukraynanın müdafiə-sənaye kompleksi hesabına qarşılamaq planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin