ABŞ-da yaşayan azərbaycanlılardan BBC və CNN telekanallarına MÜRACİƏT 

Hazırda oxunan: ABŞ-da yaşayan azərbaycanlılardan BBC və CNN telekanallarına MÜRACİƏT 

23761

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə Azərbaycanın media işçilərinin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər.

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

"USA Today", BBC, CNN, "The New York Times", "The Guardian", "Washington Post", "Herald", "Newsweek", "Tribune" kimi media orqanlarına ünvanlanan müraciətdə bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılaşmasına baxmayaraq, Ermənistan bu müqaviləni və beynəlxalq öhdəliklərini kobud şəkildə pozmaqda davam edir.

Azərbaycanın israrlı tələblərinə baxmayaraq, Ermənistan işğaldan azad edilmiş ərazilərdə yerləşdirdiyi mina xəritələrini təhvil verməkdən imtina edir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Bu hadisə media nümayəndələrinə qarşı açıq terror aktıdır”


Üstəlik, Azərbaycanın yaşayış məntəqələrində və yollarında yeni minalar yerləşdirilməsi kimi məkrli məqsədlə diversant qruplarını ölkəmizin ərazilərinə göndərir.

Bu məkrli və qeyri-insani siyasətin nəticəsində indiyədək 100-dən çox insan həlak olub və yaralanıb, iyunun 4-də isə azərbaycanlı jurnalistlər faciəli şəkildə həlak olub, bir neçə şəxs yaralanıb.

Müraciəti Azərbaycan–Amerika İnteqrasiya Mərkəzinin rəhbəri Samir Novruzov, Azərbaycan–Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov, Amerika– Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova, Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil, Yuta–Azərbaycan İcması nümayəndəsi Əsmər Qarayeva, Florida–Azərbaycan Cəmiyyətininn rəhbəri Esmira Bayramova, Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal, Minnesota– Azərbaycan Assosiasisiyasının rəhbəri Günel Rallis, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri Nərgiz Əliyarlı və Şimali Amerika Gənclər təşkilatının rəhbəri Aytac Qasımova imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin