Məmmədyarovun Lavrovla şərikli biznesi ÜZƏ ÇIXDI: 600 milyonluq dövriyyə...

Hazırda oxunan: Məmmədyarovun Lavrovla şərikli biznesi ÜZƏ ÇIXDI: 600 milyonluq dövriyyə...

237589

“Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovu Rusiya XİN rəhbəri Sergey Lavrovla təkcə yaxın dostluq münasibətləri bağlamır, onlar həm də biznes şərikidir”.

Bizim.Media xəbər verir ki, bu barədə “gununsesi.info”ya diplomatik qaynaqlara yaxın mənbədən məlumat daxil olub.

Qeyd olunur ki, Lavrovun Rusiyada nəhəng biznes şəbəkəsi var. O, konsulluqlara xidmət edən şirkətlərə sahibdir və illik dövriyyəsi 600 milyon dollardan yuxarıdır.

Şirkətlər iş adamlarına viza dəstəyi, investisiya yatırımları, konsaltinq və s. kimi xidmətlər təqdim edir.

Mənbə bildirir ki, Lavrovun ABŞ-da yaşayan qızı Yekatrina Sergeyevna Lavrova Rusiyanın ən iri əczaçılıq şirkətlərindən birinin sahibi Semyon Vinokurovun oğlu ilə ailə həyatı qurub.
Aleksandr Vinokurov “Summa” şirkətlər qrupunun prezidentidir. Ölkənin demək olar ki, bütün şəhərlərində filialları olan bu şəbəkənin gəlirləri on milyonlarla dollarla ölçülür.

O da qeyd olunur ki, Lavrov həmçinin diplomatik poçtdan da şəxsi biznes maraqları üçün istifadə edir.

Bu, hədsiz böyük qazanc gətirən qeyri-leqal fəaliyyətlər sferasına daxildir.

Mənbə bildirir ki, Məmmədyardov nazir olduğu dövrdə əsas yatırımlarını Rusiya XİN rəhbərinin şirkətlərinə yönəldib və oradan böyük gəlir götürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin