Ukrayna Ali Radası Trampa müraciət etdi: “İnanırıq ki, ABŞ-ın...”

Hazırda oxunan: Ukrayna Ali Radası Trampa müraciət etdi: “İnanırıq ki, ABŞ-ın...”

237559

Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampa, Konqresə və ABŞ xalqına müraciət edib. 

Bizim.Media xəbər verir ki, Ali Radanın saytında dərc olunan müraciətdə qeyd olunur ki, Ukrayna xalqı sülhü hamıdan çox istəyir və Trampın rolunun, onun sülhməramlı səylərinin hərbi əməliyyatların tezliklə dayandırılması üçün həlledici olacağına inanır. 

Rada Trampın danışıqlar prosesinə başlamaq və sülhə nail olmaq yollarını tapmaq təşəbbüslərini alqışlayır. ABŞ ilə xüsusilə faydalı qazıntıların işlənməsi sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanır. 

“Ukrayna böyük Amerika xalqının Birləşmiş Ştatların qlobal liderliyinin hərtərəfli bərpası istiqamətindəki istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-ın beynəlxalq aləmdə rəhbərliyi azadlıq və demokratiya ideallarının müdafiəsi, beynəlxalq müqavilələrə sadiqlik, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə ayrılmaz şəkildə bağlıdır”, - deyə müraciətdə qeyd edilir. 

Sənəddə daha sonra bildirilir: “Əminik ki, xalqımızın təhlükəsizliyi və sabit inkişafı Birləşmiş Ştatların sarsılmaz dəstəyi ilə təmin edilir və milyonlarla ukraynalıya ilham verən Amerikanın tarixi uğurunun təməli olan dəyərləri əks etdirir. Hazırda bu dəstək Ukrayna xalqı və Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələri, eləcə də bütün Avropa qitəsində təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün həmişəkindən daha vacibdir”. 

Müraciətdə, həmçinin vurğulanır ki, Ukrayna müstəqil və suveren dövlət olaraq qalmalıdır, Ukrayna xalqı isə azad olmalıdır. 

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin