Moskvanın Savelovski Məhkəməsi “Arzu Marafonu”nun təsisçisi, bloger Yelena Blinovskayanı vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum edib.
Bizim.Media xəbər verir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bundan əlavə, hakim Blinovskayanın müsadirə edilmiş əmlakının dövlət nəfinə verilməsinə qərar verib.
Qeyd edək ki, Yelena Blinovskaya 2023-cü il aprelin 28-də avtomobillə Rusiyadan Belarusa getmək istəyərkən saxlanılıb. Bloger külli miqdarda vergidən yayınmaqda (918 milyon rubldan çox vəsait) və “cinayət yolu ilə əldə edilmiş” 43 milyon rublun yuyulmasında (qanunsuz əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) ittiham olunurdu. Məhkəmə Blinovskayanı ev dustaqlığına göndərmişdi, lakin 2024-cü ilin yanvarında İstintaq Komitəsinin tələbi ilə o, istintaq təcridxanasına köçürülüb. Eyni zamanda ona qarşı ödəniş vasitələrinin qanunsuz dövriyyəsi maddəsi ilə daha bir cinayət işi açılıb.
2024-cü ilin avqustunda Blinovskayanın çirkli pulların yuyulmasında deyil, vergidən yayınmada təqsirli olduğunu bildirib. Federal Vergi Xidməti Blinovskayanın borcunu 1,4 milyard rubl qiymətləndirib. Daha sonra vəkillər Blinovskayanın borcun bir hissəsini ödədiyini bildiriblər.
Noyabrda məhkəmə Blinovskayanı müflis elan edib. İstintaq Blinkovskayanın əri Alekseyi onun şəriki hesab edir. 2024-cü ilin aprelində Ukraynaya döyüşə gedib. “Shot” teleqram kanalı yazıb ki, bu yolla Blinovski dövlətin gözündə “özünü islah etmək” və həyat yoldaşının istintaq təcridxanasından azad olunmasını təmin etmək istəyir. Blinovskinin cinayət işi ayrıca icraata ayrılaraq dayandırılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:16 / 03.03.2025
Blogerə 5 il həbs cəzası verildi – FOTO
Hazırda oxunan: Blogerə 5 il həbs cəzası verildi – FOTO
Hazırda oxunan: Blogerə 5 il həbs cəzası verildi – FOTO
237482
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.