ABŞ-dan Zelenskiyə ultimatum: “Ya üzr istəməli, ya da istefa verməlidir”

Hazırda oxunan: ABŞ-dan Zelenskiyə ultimatum: “Ya üzr istəməli, ya da istefa verməlidir”

237443

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla mübahisə etdiyinə görə üzr istəməli və ya öz postundan istefa verməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post” qəzetində dərc olunan məqalədə deyilir.

“Volodimir Zelenski üzr istəsə, Donald Tramp nadir metallarla bağlı saziş imzalamaq üçün onu Ağ evə dəvət edəcək və hər şey bağışlanacaq. Ukrayna lideri isə bundan imtina edir və israrla heç bir səhv etmədiyini deyir. Bu, uzun müddət davam edə bilməz. Volodimir Zelenski ya üzr istəməli, ya da istefa verməlidir”, - deyə məqalədə bildirilir.

Məqalə müəllifinin fikrincə, Ukrayna dövlətinin başçısının davranışını üçillik hərbi əməliyyatlardan sonra yorğunluqla izah etmək olar, lakin bu, ona dünya arenasında özünü belə aparmaq səlahiyyəti vermir.

Xatırladaq ki, Volodimir Zelenski ilə Donald Tramp arasında qalmaqallı görüş fevralın 28-də Vaşinqtonda baş tutub. Nəticədə Ukrayna lideri ABŞ səfərini yarımçıq qoyub və nadir metallarla bağlı sövdələşmə iflasa uğrayıb.

“CBS News” teleradio şirkətinin məlumatına əsasən, Ağ evdə baş verənlər Ukraynaya gələcək hərbi yardımın dayandırılması məsələsini gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin