“Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır”.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
“Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik. Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”, - deyə millət vəkili bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:04 / 03.03.2025
Deputat: “Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”
Hazırda oxunan: Deputat: “Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”
Hazırda oxunan: Deputat: “Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur”
237423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.