"Crocus City Hall" konsert zalında baş verən terror aktı ilə bağlı istintaq rekord müddətə - bir ildən az vaxta tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a müsahibəsində bildirib.
"Crocus City Hall"a hücumla bağlı cinayət işi üzrə bütün istintaq hərəkətləri yekunlaşıb. Hazırda təqsirləndirilən şəxslər və onların vəkilləri işin materialları ilə tanış olmağa başlayıblar", - deyə o qeyd edib.
Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında baş verib. "Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi üzrə cinayət işi açıb. Hadisə ilə bağlı 10-dan çox şəxs saxlanılıb.
2025-ci il fevralın 27-də "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "Crocus City Hall"un gələcək taleyinin hələ də qeyri-müəyyən olduğunu bildirib. O qeyd edib ki, konsert zalı yararsız vəziyyətdədir və onun bildiyinə görə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov binanın bərpa edilməyəcəyini bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:41 / 03.03.2025
"Crocus City Hall"da terror aktı ilə bağlı istintaq başa çatdı
Hazırda oxunan: "Crocus City Hall"da terror aktı ilə bağlı istintaq başa çatdı
Hazırda oxunan: "Crocus City Hall"da terror aktı ilə bağlı istintaq başa çatdı
237404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.