“İndi biz Ağ Evlə əməkdaşlıq etməliyik. Ortaq planımız olana qədər əməkdaşlıq etmək üçün tezliklə ABŞ prezidenti ilə görüşəcəyimiz barədə razılığa gəldik”.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın baş naziri Starmer bu barədə Londonda keçirilən sammitin yekunlarına dair açıqlamasında danışıb.
Onun sözlərinə görə, Böyük Britaniya və Fransa Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün plan hazırlayır:
“Sülh müqaviləsinin icrasını qorumaq üçün Ukraynaya kontingent göndərəcəyik. Bizim başlanğıc nöqtəmiz Ukraynanı indi mümkün olan ən sərfəli vəziyyətə gətirməkdir. Müqaviləyə Rusiya da daxil olmalıdır, lakin şərtləri diktə edə bilməz”.
Starmer qeyd edib ki, Aİ Minsk kimi sazişləri tanımayacaq.
Baş nazir əlavə edib ki, Britaniya Ukraynaya kreditlə 5000 hava hücumundan müdafiə raketi verdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:18 / 02.03.2025
Britaniyanın baş nazirindən ANONS: "Trampla görüşəcəyik"
Hazırda oxunan: Britaniyanın baş nazirindən ANONS: "Trampla görüşəcəyik"
Hazırda oxunan: Britaniyanın baş nazirindən ANONS: "Trampla görüşəcəyik"
237360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.