Ağ Ev: Zelenski Ukraynada atəşkəslə razılaşmadı

Hazırda oxunan: Ağ Ev: Zelenski Ukraynada atəşkəslə razılaşmadı

237355

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində atəşkəslə razılaşmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampla görüşdə Ukrayna lideri dərhal ölkəsinə təhlükəsizlik zəmanəti vermək ideyasını təbliğ etməyə başlayıb.

“Komandalarımız fəal şəkildə danışıqlar aparır və heç kim bu müharibəni prezident Trampdan çox bitirmək istəmir. O, bu barədə seçki kampaniyası zamanı danışıb, lakin bu proses öz addımlarını tələb edir və prezident Zelenski atəşkəsə belə razılıq vermədi. Müharibənin bitməsini istəyirsənsə, hərbi əməliyyatların dayandırılmasına necə razı olmaya bilərsən? ", Ağ Evin sözçüsü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin