Ursula von der Lyayen: "Təcili olaraq Avropanı yenidən silahlandırmalıyıq"

Hazırda oxunan: Ursula von der Lyayen: "Təcili olaraq Avropanı yenidən silahlandırmalıyıq"

237353

Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Lyayen London Sammitindəki müzakirələri “yaxşı və səmimi" adlandırıb.

Bizim.Media xəbər verir ki, AK prezidenti Ukraynanın “hərtərəfli təhlükəsizlik zəmanətlərinə” ehtiyacı olduğunu deyib.

"Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik" deyən von der Lyayen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.

"Həqiqətən də birlikdə addım atmalıyıq. Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq və buna görə də müdafiəni gücləndirmək lazımdır”, deyə AK prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin