Starmer Zelenskiyə Trampla dialoqa qayıtmağı tövsiyə etdi

Hazırda oxunan: Starmer Zelenskiyə Trampla dialoqa qayıtmağı tövsiyə etdi

237298

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ağ Evdəki mübahisədən sonra ABŞ lideri Donald Trampla dialoq qurmağı tövsiyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" yazıb. 

Nəşr qeyd edib ki, martın 1-də axşam Britaniyanın baş naziri Zelenski ilə görüşdən sonra Tramp və Fransa prezidenti Emmanuel Makrona zəng edərək onlara son xəbərləri çatdırıb. Britaniya rəsmiləri danışıqların irəliləyişə yönəldiyini bildirib.

Məlumata görə, baş nazir bu gün keçiriləcək sammitdə Avropa liderlərinə yalnız bir danışıqların getdiyini və bunun Trampın danışıqları olduğunu bildirəcək. 

Başqa bir mənbə qeyd edib ki, Starmer Avropa liderlərinə Zelenskiyə verdikləri şifahi dəstəyi hərəkətlə dəstəkləməli olduqlarını söyləyəcək. 

Nəşr mənbələri bildiriblər ki, Starmer Tramp və Zelenskini cümə günü Oval kabinetdəki mübahisədən sonra minerallar üzrə sövdələşməni yekunlaşdırmağa çağırıb.

Şənbə günü görüş zamanı Starmer Zelenskiyə deyib ki, o, əvvəlcə Trampla münasibətləri düzəltməlidir və ABŞ buna zəmanət verməsə, sülh davamlı olmayacaq. 

Starmerə yaxın mənbələrdən biri deyib ki, baş nazirin prioriteti Ukraynanı qorumaq üçün əlindən gələni etməkdir:

"Bu o deməkdir ki, ABŞ bu işə qarışmalıdır. Siz bu münasibəti düzəltməli və mədən sazişinə qayıtmalısınız".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin