Berlində İlon Maskın mağazasına boya tökdülər

Hazırda oxunan: Berlində İlon Maskın mağazasına boya tökdülər

237296

Almaniyada "Yeni nəsil" hərəkatının ətraf mühit fəalları etiraz əlaməti olaraq amerikalı sahibkar İlon Maska məxsus "Tesla" şirkətinin Berlindəki mağazasının pəncərəsinə boya töküblər.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın "Tagesspiegel" nəşri məlumat yayıb.

Qeyd olunur ki, hadisə Mitte rayonundakı "Mall of Berlin" ticarət mərkəzində baş verib. Keçirilən əməliyyat tədbirləri zamanı vandalizmi törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
 

"Hər üçünün əlində karton plakatlar var idi. Onlardan birində özlərini "Yeni nəsil" qrupunun üzvləri kimi təqdim ediblər. "Son nəsil" iqlim dəyişikliyinə qarşı etiraz qrupu indi özünü belə adlandırır", - bəyanatda bildirilir.


Məlumata görə, plakatlarda hərəkatın sağçılara və varlılara qarşı olduğu bildirilib ki, bu da "Tesla" şirkətinin baş direktoruna işarə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin