Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlılarla döyüşür

Hazırda oxunan: Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlılarla döyüşür

237283

Suriyanın paytaxtı Dəməşq ətrafında təhlükəsizlik qüvvələrinin silahlı dəstələrlə toqquşması qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Suriya telekanalı regional daxili işlər idarəsinin rəisi, polkovnik Hussam əl-Tahana istinadən məlumat yayıb.
 

"Cermanda polis patruluna hücumdan sonra atışma gedir. Silahlılar polis bölməsinə də daxil olublar, bir neçə hüquq-mühafizə orqanı əməkdaşını tərksilah edib və döyüblər", - əl-Tahan bildirib.


Onun sözlərinə görə, polis əməkdaşı ölümcül xəsarətlər alıb, onu müşayiət edən əməkdaş isə girov götürülüb. Telekanalın həmsöhbəti hücumda əvvəlki hakimiyyətin tərəfdarlarının əli ola biləcəyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin