“Bu görüş məni çox təəcübləndirdi. Ağ Evdəki görüş (Zelenski ilə Tramp arasında - red.) çox geniş, ancaq bir o qədər də xırda tutumlu görüş oldu. Az bir perspektivlə baxsaq baş verənlərə görə Ukrayna dövləti məğlub ola bilər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı hərbi jurnalist, politoloq Roman Boçkala deyib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Trampla "söz savaşı"ndan DANIŞDI: “Hər iki tərəf üçün yaxşı deyil”
Ağ Evdə Tramp-Zelenski görüşünü şərh edən politoloq Ukraynanın Qərbdən dəstəyinin kəsildiyini qeyd edib:
“Nəticə çıxarsaq, ABŞ-ın Ukraynaya hər tərəfli dəstəyini kəsəcəyi görünür. Buna həm hərbi, həm də digər sosial paketləri daxil etmək olar. Yəni istər iqtisadi, istərsə də digər sosial yardımlar. Artıq Tramp bu yardımların araşdırılması barədə sərəncam da verib. Bu müddət ərzində yəqin ki, münasibətlər yenidən normallaşa bilər. Çünki görüşdə çox gərginlik vardı”.
Ətraflı videomaterialda:
Bizim.Media