İngilis dili ABŞ-ın rəsmi dili elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp fərman imzalayıb.
Tramp keçmiş prezident Bill Klintonun ingilis dilini zəif bilən insanlara dövlət xidmətlərinin göstərilməsini məcbur edən sərəncamını ləğv edib.
"İngilis dilinin rəsmi dil kimi tanınması təkcə ünsiyyəti asanlaşdırmayacaq, həm də ümumi milli dəyərləri gücləndirəcək və daha vahid və effektiv cəmiyyət yaradacaq", - fərmanda deyilir.
Qeyd edək ki, artıq 30-dan çox ştat ingilis dilini rəsmi dil kimi tanıyıb. Federal səviyyədə ilk dəfə olaraq ABŞ-ın rəsmi dili təsdiq edilib.
Xatırladaq ki, yanvar ayında Donald Trampın andiçmə mərasimindən sonra Ağ Ev rəsmi internet saytının ispandilli versiyasını ləğv edib.
Qeyd edək ki, dünyada 67 müstəqil ölkədə dövlət dili ingilis dilidir.
Bizim.Media