Starmer Zelenskiyə VƏD VERDİ: “London Kiyevi dəstəkləməyə davam edəcək” - VİDEO

Hazırda oxunan: Starmer Zelenskiyə VƏD VERDİ: “London Kiyevi dəstəkləməyə davam edəcək” - VİDEO

237224

Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Volodimir Zelenski Londona səfər edib.

Bizim.Media xəbər verir ki, Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşü keçirilib.

Starmer Zelenskini əmin edib ki, London Kiyevi dəstəkləməyə davam edəcək: “Böyük Britaniyada tam dəstəyiniz var. Lazım olduğu qədər sizə dəstək olacağıq”.

Qeyd edək ki, Zelenskinin martın 2-də Kral III Çarlzla görüşü planlaşdırılıb.

Xatırladaq ki, fevral ayının 28-də Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidenti Donald Tramp arasında görüş keçirilib. Onların təbii sərvətlər müqaviləsi və gələcək yardımlar mövzusunda müzakirəsi zamanı gərginlik yaşanıb. Ukrayna prezidenti Volodimir Zelenski Trampın istəyi ilə Ağ Evi tərk edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin