Zelenski: “Mən Ukraynanın Rusiya ilə bağlı mövqeyini dəyişə bilmərəm”

Hazırda oxunan: Zelenski: “Mən Ukraynanın Rusiya ilə bağlı mövqeyini dəyişə bilmərəm”

237182

“Mən Ukraynanın Rusiya ilə bağlı mövqeyini dəyişə bilmərəm. Ruslar bizi öldürür. Rusiya düşməndir və üzləşdiyimiz reallıq budur. Ukrayna sülh istəyir, lakin bu, ədalətli və davamlı sülh olmalıdır. Bunun üçün danışıqlar masası arxasında güclü olmalıyıq. Sülh o zaman gələ bilər ki, biz təhlükəsizlik zəmanətlərimiz var, ordumuz güclü, tərəfdaşlarımız bizimlə olsun”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Ağ Evdə Donald Trampla görüşündən sonra X sosial şəbəkəsində yazıb.

“Biz sülh istəyirik. Buna görə də mən ABŞ-a gəldim və prezident Trampı ziyarət etdim. Minerallar Sazişi təhlükəsizliyin təmin edilməsi və sülhün yaxınlaşması istiqamətində atılan ilk addımdır. Çətin vəziyyətimiz var, amma biz sadəcə olaraq döyüşü dayandıra bilmərik və Putinin sabah geri dönməyəcəyinə zəmanətimiz yoxdur”, - deyə Zelenski qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin