“Ukrayna xalqı bilməlidir ki, Amerika bizim tərəfimizdədir" – Zelenski

Hazırda oxunan: “Ukrayna xalqı bilməlidir ki, Amerika bizim tərəfimizdədir" – Zelenski

237165

Biz minerallar haqqında sazişi imzalamağa hazırıq və bu, təhlükəsizlik təminatlarına doğru ilk addım olacaq.

Bizim .Media xəbər verir ki, bu barədə Zelenski “Fox News”a müsahibəsində söyləyib.

O bildirib ki, ancaq bu kifayət deyil və bizə bundan daha çox şey lazımdır.

"Təhlükəsizlik zəmanəti olmayan atəşkəs Ukrayna üçün təhlükəlidir. Biz 3 ildir mübarizə aparırıq və Ukrayna xalqı bilməlidir ki, Amerika bizim tərəfimizdədir".

Xatırladaq ki, Vaşinqtonda iki ölkə liderlərinin görüşü qalmaqalla nəticələnib, müzakirələr gərgin keçib. Daha sonra ABŞ Prezidenti “Truth Social” platformasında paylaşım edərək Zelenskinin “sülhə hazır olmadığını” yazıb. Bundan sonra Ukrayna lideri Ağ evi tərk edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin