ABŞ Ukraynaya hərbi yardımı DAYANDIRIR – Tramp göstəriş verdi

Hazırda oxunan: ABŞ Ukraynaya hərbi yardımı DAYANDIRIR – Tramp göstəriş verdi

237154

Tramp Ukraynaya silah tədarükünün dayandırılması imkanlarının nəzərdən keçirilməsini əmr edib.

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə mübahisədən sonra Ukraynaya silah tədarükünün dayandırılması ehtimalına yenidən baxılması barədə göstəriş verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

“Mübahisəli görüşdən qısa müddət sonra Tramp milli təhlükəsizlik üzrə yüksək vəzifəli şəxslərə ABŞ-ın Ukraynaya cari silah satışını müvəqqəti və ya həmişəlik dayandıra biləcəyini nəzərdən keçirməyi tapşırıb”, - deyə məlumatda deyilir.

Washington Post həmçinin qeyd edib ki, Tramp administrasiyası Kiyevə cari bütün hərbi yardımı dayandıra bilər.

Bundan əvvəl The New York Times yazmışdı ki, Donald Tramp Vladimir Zelenski ilə mübahisədən sonra ABŞ kəşfiyyatının Ukrayna ordusu ilə paylaşılmasını qadağan edə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin