İngiltərədə tibb bacısı onu çaya dəvət etmədiyi üçün iş yoldaşını məhkəməyə verib və iddiada 41 min funt sterlinq təzminat qazanıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, işçilər arasında mübahisə Londonun cənubundakı St Helier Xəstəxanasında baş verib.
Xəstəxananın tibb bacısı Susan Hamilton həmkarı Abdool Nayeck-in onu təhqir etdiyini iddia edib. Məhkəmə Hamiltonun şikayətini əsaslı bilib və ona 41 min funt sterlinq təzminat ödənilməsinə qərar verib.
Bildirilib ki, Hamilton və Nayeck arasında mübahisə 2018-ci ildə xəstə baxımı ilə bağlı fikir ayrılığı ilə başlayıb. Məhkəməyə təqdim edilən sənədlərdə Nayeck-in Hamiltona birbaşa "mən səni sevmirəm" dediyi, daha sonra isə ona alçaldıcı münasibət göstərdiyi bildirilib. Hamilton görüşlərdə ona məhəl qoyulmadığını və komandaya çay hazırlayan Nayeckin onu kənarda qoyduğunu iddia edib.
Hamilton 2019-cu ildə stress səbəbindən işini tərk edib və məhkəməyə müraciət edib. 2021-ci ildə işinə qayıdan tibb bacısı xəstəxananın onun şikayətlərinə lazımi səviyyədə qiymət vermədiyini əsas gətirərək rəsmi etirazını bildirib. Məhkəmə xəstəxana rəhbərliyinin lazımi tədbir görmədiyinə qərar verib və Hamiltonun təzminat almaq hüququnu təsdiqləyib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Dünya
11:46 / 01.03.2025
Tibb bacısı onu çaya dəvət etməyən iş yoldaşını məhkəməyə verdi – 41 minlik TƏZMİNAT
Hazırda oxunan: Tibb bacısı onu çaya dəvət etməyən iş yoldaşını məhkəməyə verdi – 41 minlik TƏZMİNAT
Hazırda oxunan: Tibb bacısı onu çaya dəvət etməyən iş yoldaşını məhkəməyə verdi – 41 minlik TƏZMİNAT
237130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.