Namaz vaxtı ZƏHƏRLƏNMƏ – 48 nəfər XƏSTƏXANALIQ oldu

Hazırda oxunan: Namaz vaxtı ZƏHƏRLƏNMƏ – 48 nəfər XƏSTƏXANALIQ oldu

237123

Namaz zamanı qazdan zəhərlənən 48 nəfər xəstəxanalıq oldu

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyədə rayon mərkəzindəki Yeşilyazı məscidində qılınan təravih namazından sonra baş verib.

Namaz qılıb evə gedənlər bir-bir xəstələnərək Akıncılar Rayon Xəstəxanasına müraciət ediblər.
Zəhərlənənlərin sayı artıb və çox sayda insan təcili yardım maşınları ilə Suşehri Dövlət Xəstəxanasına aparılıb.

Təxminən 48 nəfərin xəstəxanalarda müalicə olunduğu bildirilib. 18 nəfər isə təcili yardım maşınları ilə Sivasdakı xəstəxanalara göndərilib.

Hadisənin məsciddə təravih namazı zamanı istifadə edilən təbii qaz sobasından sızan qazın səbəb olduğu ehtimal edilir. Xəstəxanalara müraciət edən təxminən 48 nəfərin həyati təhlükəsinin olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin