Tramp Zelenskiyə QIŞQIRDI: “Bizə minnətdarlığınızı bildirməlisiniz, silahlarımız olmasaydı...” - VİDEO

Hazırda oxunan: Tramp Zelenskiyə QIŞQIRDI: “Bizə minnətdarlığınızı bildirməlisiniz, silahlarımız olmasaydı...” - VİDEO

237069

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp arasında Ağ Evdə keçirilən görüşdə gərginlik yaşanıb.

Bizim.Media xəbər verir ki, Tramp Zelenskinin atəşkəsdən imtina etməsinə əsəbiləşib.

“Ya müqaviləni imzalayacağıq, ya da siz əraziləri tərk edəcəksiniz. Güclü mövqeyiniz yoxdur. Bizə minnətdarlığınızı bildirməlisiniz. Amma siz bunu etmirsiniz. Ən pisi də budur.
Biz sizə 350 milyard yardım verdik, indi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. Amma siz “Mən müharibəni dayandırmaq istəmirəm” deyə bilməzsiniz. Bizsiz əlinizdə güclü kartlar yoxdur.

Əgər bizim silahlarımız olmasaydı, münaqişə iki həftəyə bitəcəkdi”, - deyə Tramp səsini yüksəltdi.

O, Zelenskini “milyonlarla insanın həyatı ilə oynamaqda” ittiham edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin