Kim Çen İndən dünyanı qorxuya salan nüvə ÇAĞIRIŞI

Hazırda oxunan: Kim Çen İndən dünyanı qorxuya salan nüvə ÇAĞIRIŞI

236963

Şimali Koreya strateji qüvvələrinin döyüş hazırlığını artırmalı və nüvə silahından istifadə etməyə tam hazır olmalıdır. 

Bizim.Media Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen İn çağırış edib.

Məlumata görə, fevralı 26-da KXDR strateji qanadlı raketlərini sınaqdan keçirib. Bu məqsədlə Şimali Koreya Sarı dənizə bir neçə strateji qanadlı raket atıb. 

Cənubi Koreyanın “Renhap” agentliyi yazıb ki, buraxılışın məqsədi düşmən silahlı qüvvələrinə qarşı durmaq qabiliyyətini və nüvə hazırlığının müxtəlif variantlarını nümayiş etdirməkdir. 

Raketlər 1587 km uçub və şərti hədəfi dəqiqliklə vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin