Britaniya kralı və xanımı müsəlmanlar üçün xurma paketləri hazırladılar – VİDEO

Hazırda oxunan: Britaniya kralı və xanımı müsəlmanlar üçün xurma paketləri hazırladılar – VİDEO

236800

Böyük Britaniya kralı III Çarlz və xanımı Kamilla Ramazanda müsəlmanlara hədiyyə etmək üçün xurma paketləri hazırlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Bukingem Sarayının mətbuat xidməti görüntülər paylaşıb.

Belə ki, kral və xanımı müqəddəs Ramazan ayının başlanması ilə bağlı Londonda tədbirə qatılıb. Kral Britaniyanın aparıcı müsəlmanları ilə görüşüb. Sonra o, həyat yoldaşı ilə birlikdə xeyriyyə məqsədilə iftar üçün hazırlanmış xurmaları qutulara yerləşdirməyə köməklik edib.

Cütlük daha sonra iftar üçün şəhər xəstəxanalarına göndəriləcək xurmaları kağız torbalara yığıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin