Bələdiyyə sədri saxlanıldı - FOTO

Hazırda oxunan: Bələdiyyə sədri saxlanıldı - FOTO

236785

Türkiyədə Beykoz bələdiyyəsinin sədri Alaattin Köseler tender saxtakarlığı cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Bizim.Media bu barədə "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Beykoz Respublika Baş Prokurorluğu Beykoz bələdiyyəsinin sədri Alaattin Köseler də daxil olmaqla, 4 şübhəli haqqında "Tenderin saxtalaşdırılması" ittihamı üzrə həbs qərarı çıxarıb.

Digər tərəfdən, 17 şübhəli barəsində də "Tenderin saxtalaşdırılması" və "Cinayət məqsədilə təşkilat yaratmaq, üzv olmaq və cinayət törətməyə kömək etmək" ittihamları ilə saxlanılma, həbs, axtarış və müsadirə qərarları çıxarılıb.

Təlimata uyğun olaraq, Köseler və digər 20 şübhəli İstanbul Regional Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları tərəfindən nəzarət altına alınıb.

Beykoz bələdiyyəsində polis qruplarının axtarışları davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin