Son zamanlar insanlar (xüsusilə qadınlar) kosmetikalar, botoks prosedurları və plastik cərrahların xidmətləri ilə sanki vaxtı dayandırmağa çalışırlar.
Bizim.Media xəbər verir ki, insanın qocalma sürəti hər zaman unikal genetika ilə izah edilirdi, lakin elm adamlarının son araşdırması ilə məlum olub ki, yaşı müəyyən edən genetik faktor deyil.
Alimlərə görə, sağlam həyat tərzi sürmək, siqaret və spirtli içki qəbul etmək kimi pis vərdişlərdən uzaq durmaq, idman etmək, düzgün qidalanmaq və daha çox yatmaq gənc qalmaqda olduqca vacib amillərdir. Buna əməl edən insanların orqanizmi müqaviməti möhkəm saxlayır və hüceyrə qocalmasını sürətləndirə biləcək xəstəliklərə qarşı mübarizə apara bilir.
Sübut olunub ki, bir xəstəliklə mübarizə bədən üçün stresli haldır. Bu da hüceyrə zədələnməsinə, iltihaba və hüceyrə proseslərinin pozulmasına səbəb olur.
Odur ki, sağlam qalmaq və gəncliyinizi uzatmaq istəyirsinizsə aşağıdakılara əməl etməlisiniz:
Gün ərzində ən azı yeddi saat yatmaq;
Bitki mənşəli pəhrizə riayət etmək;
Çəkini sağlamşəkildə qoruyub saxlamaq;
Həftədə ən azı 15 dəqiqə idman hərəkətləri etmək;
Spirtli içki və siqaretdən uzaq durmaq;
Günəş şüalarına məruz qaldıqda qoruyucu kremlərdən istifadə etmək;
Ağız və diş gigiyenasına riayət etmək;
Ən əsası isə gəncliyi qorumaq üçün stressdən mümkün qədər uzaq durmaq lazımdır.
Bizim.Media