Böyük Britaniya, Almaniya, Fransa və Avropanın bir sıra digər ölkələri atəşkəs rejimini təmin etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır, lakin bunun üçün ABŞ-ın dəstəyi lazımdır.
Bizim.Media xəbər verir ki, Fransanın maliyyə naziri Erik Lombard bunu “Bloomberg TV”yə müsahibəsində deyib.
“Ukrayna ilə bağlı texniki müzakirələrə başlamışıq. Atəşkəsə zəmanət vermək üçün avropalı hərbçilərin Ukraynaya göndərilməsi ilə bağlı ümumi razılıq əldə olunub. Böyük Britaniya, Almaniya və Fransa buna hazırdır. Bu, Ukrayna ilə Rusiya arasında atəşkəs əldə edildikdən sonra mümkün olacaq”, - deyə Erik Lombard bildirib.
Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp atəşkəs rejimini dəstəkləməyə razılaşıb, lakin Vaşinqtonun bu istiqamətdə konkret addımları dəqiqləşdirilməyib.
Bir müddət öncə “The Wall Street Journal” qəzeti Ağ evdəki mənbələrə istinadla Donald Trampın Ukraynadakı münaqişənin həlli planında hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Kiyevə yardımla bağlı heç bir təminatın olmadığını yazıb. Nəşrin məlumatına görə, gələcək sazişdə ABŞ-ın regionda hərbi kontingent yerləşdirməsi barədə öhdəlikləri də nəzərdə tutulmur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:44 / 26.02.2025
Avropanın bir neçə ölkəsi Ukraynaya qoşun göndərəcək?
Hazırda oxunan: Avropanın bir neçə ölkəsi Ukraynaya qoşun göndərəcək?
Hazırda oxunan: Avropanın bir neçə ölkəsi Ukraynaya qoşun göndərəcək?
236646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.