ABŞ Prezidenti Donald Tramp yeni immiqrasiya təşəbbüsü – “Qızıl Kart” proqramını elan edib.
Bizim.Media xəbər verir ki, bu proqram çərçivəsində ABŞ hökuməti 5 milyon dollar müqabilində xüsusi immiqrasiya kartları təqdim edəcək.
Trampın sözlərinə görə, bu yeni immiqrasiya modeli varlı və uğurlu insanları ABŞ-a cəlb edəcək:
“Biz “Qızıl Kart” satmağa hazırlaşırıq. Yaşıl kart var, amma bu – Qızıl Kartdır. Onun qiyməti təxminən 5 milyon dollar olacaq və sahibinə yaşıl kartın üstünlükləri ilə yanaşı, vətəndaşlığa aparan yolu da açacaq”.
Trampın fikrincə, bu təşəbbüs ölkəyə daha çox sərmayə cəlb edəcək və iqtisadiyyatın inkişafına töhfə verəcək:
“Bu proqram çərçivəsində ABŞ-a varlı və uğurlu insanlar gələcək. Onlar çoxlu pul xərcləyəcək, yüksək vergi ödəyəcək və yeni iş yerləri yaradacaqlar.”
Tramp proqramın potensial alıcıları arasında rus oliqarxlarını da gördüyünü bildirib:
“Mən bəzi rus oliqarxlarını tanıyıram, onlar çox yaxşı insanlardır. Bəlkə də əvvəlki qədər varlı deyillər, amma düşünürəm ki, 5 milyon dollar tapmaq imkanları var.”
Trampın sözlərinə görə, bu proqram ölkənin büdcə çatışmazlığını aradan qaldırmaq üçün tətbiq olunan tədbirlərdən biridir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:15 / 26.02.2025
Tramp rus oliqarxlarına səsləndi: “5 milyon ödəyin, “Qızıl Kart” alın” - VİDEO
Hazırda oxunan: Tramp rus oliqarxlarına səsləndi: “5 milyon ödəyin, “Qızıl Kart” alın” - VİDEO
Hazırda oxunan: Tramp rus oliqarxlarına səsləndi: “5 milyon ödəyin, “Qızıl Kart” alın” - VİDEO
236600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.