Ukraynada rus izləri SİLİNİR: Daha bir heykəl söküldü - FOTO

Hazırda oxunan: Ukraynada rus izləri SİLİNİR: Daha bir heykəl söküldü - FOTO

236533

Ukraynanın Poltava şəhərində Rusiya imperatoru I Pyotrun abidəsi sökülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Poltava şəhərinin meri Yekaterina Yamşçikova “Telegram” kanalında məlumat verib.
 

“Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin qərarına əsasən, I Pyotrun abidəsi şəhərimizin ictimai məkanından çıxarılıb. Bu addım hökumətin dekolonizasiya siyasətinin mühüm tərkib hissəsidir”, - o bildirib.


Yamşçikovanın fikrincə, bu, “rus imperiyası işarələrindən qurtulan cəmiyyətin şüurlu və məsuliyyətli hərəkətidir”.

Daha əvvəl Poltava şəhər meriyası I Pyotrun iki abidəsinin - Poltava Döyüşü Muzeyinin ərazisində və Spasskaya kilsəsi yaxınlığındakıparkdan sökülməsi və köçürülməsi barədə razılığa gəlib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin