Ukrayna Ali Radası korrupsiya ittihamı ilə üzləşən deputat İrina Kormışkinanın (Allahverdiyeva) səlahiyyətlərinə xitam verilməsini dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, "Xalqın Xidmətçisi" partiyasının deputatı Kormışkinanın vəzifədən uzaqlaşdırılması üçün 246 deputat səs verib.
Jeleznyak əlavə edib ki, daha əvvəl mandatdan imtina edənlərin əksəriyyətindən fərqli olaraq, Kormışkina mandatını təhvil verməzdən əvvəl şəxsən çıxış edib.
İrina Kormışkinaya qarşı 20 milyon qrivendən (hazırkı məzənnə ilə təxminən 500 min dollar) çox dəyərində aktivlər alması ilə bağlı ittiham irəli sürülüb.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında xalq deputatı İrina Kormışkinaya qanunsuz varlanma şübhəsi ilə bağlı ittiham irəli sürülüb. 2025-ci ilin yanvarında onun elektron bəyannamələrə yalan məlumatların daxil etməsi ilə bağlı yeni şübhələr müəyyən edilib.
İstintaq müəyyən edib ki, Kormışkina yaşadığı ev və Odessa şəhəri yaxınlığında dəyəri 17 milyon qrivnadan artıq olan, əsassız sərvət hesabına əldə etdiyi torpaq sahələri barədə məlumatları 2023-cü il üçün bəyannaməsində əks etdirməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:30 / 25.02.2025
İrina Allahverdiyevanın deputat mandatı ləğv edildi – SƏBƏB - FOTO
Hazırda oxunan: İrina Allahverdiyevanın deputat mandatı ləğv edildi – SƏBƏB - FOTO
Hazırda oxunan: İrina Allahverdiyevanın deputat mandatı ləğv edildi – SƏBƏB - FOTO
236492
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.