Bütün diqqətlər Ər-Riyada: Bu gün 2-ci tarixi görüş olacaq

Hazırda oxunan: Bütün diqqətlər Ər-Riyada: Bu gün 2-ci tarixi görüş olacaq

236450

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasıını müzakirə etmək üçün ikinci görüş keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Die Zeit" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qəzetin həmsöhbətləri bu görüşün fevralın 18-də Ər-Riyadda baş tutan danışıqların davamı olacağını qeyd ediblər. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da var idi. ABŞ tərəfini Dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin