Norveç Ukraynaya 3,5 milyard avro YARDIM AYIRACAQ

Hazırda oxunan: Norveç Ukraynaya 3,5 milyard avro YARDIM AYIRACAQ

236334

Norveç hakimiyyəti 2025-ci ildə Ukraynaya 3,5 milyard avro yardım ayırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe Kiyevdə jurnalistlərə açıqlaması zamanı deyib.

Störe qeyd edib ki, ölkəsi bütün mümkün vəsaitləri ayırmağa davam edəcək: “Göstərilən məbləğdən 1 milyard avro humanitar yardıma, 300 milyon avro enerji sahəsinə, 300 milyon avro isə sənayenin inkişafına yönəldiləcək”.

O, qalan vəsaitin hansı ehtiyaclar üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin