Bu gün Suriyaya qarşı sanksiyaları ləğv etməyə başlayan Avropa İttifaqı (Aİ) enerji, nəqliyyat və bank sektorlarında bir sıra məhdudiyyətləri aradan qaldırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
"Aİ Şurası enerji (neft, qaz və elektrik enerjisi daxil olmaqla) və nəqliyyat sektorlarında tətbiq edilən sanksiyaların dayandırılması, həmçinin beş təşkilatın (Industrial Bank, Popular Credit Bank, Saving Bank, Agricultural Cooperative Bank и Syrian Arab Airlines) maliyyə vəsaitləri və iqtisadi resursları dondurulan qurumların siyahısından çıxarılması barədə qərar qəbul edib. Bundan başqa, Suriya Mərkəzi Bankının maliyyə və iqtisadi resurslarla təmin edilməsinə icazə verilir", - sənəddə qeyd olunub.
Aİ gələcəkdə ləğv oluna biləcək digər sanksiyaları qiymətləndirəcəyinə söz verib.
Bizim.Media