USAID-in minlərlə əməkdaşının ixtisarı başladı

Hazırda oxunan: USAID-in minlərlə əməkdaşının ixtisarı başladı

236243

ABŞ Prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) kütləvi ixtisara başlayıb və bu, minlərlə işçini əhatə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə USAID-in saytında yerləşdirilən sənəddə qeyd olunur.
 

Sənədə əsasən, bu gündən (24 fevraldan) etibarən USAID-in bütün dünya üzrə əməkdaşlarının əksəriyyəti inzibati məzuniyyətə göndəriləcək.


İstisna ancaq təhlükəli tapşırıqların və xüsusi proqramların həyata keçirilməsinə cavabdeh olan şəxslərə, həmçinin rəhbər vəzifə tutan USAID əməkdaşlarına aiddir.

"Eyni zamanda, USAID ABŞ-də fəaliyyət göstərən təxminən 1600 işçiyə təsir edəcək işçi qüvvəsinin ixtisarına başlayır", - bəyanatda deyilir.

USAID-in xaricdə yerləşən əməkdaşlarına hökumət hesabına ABŞ-yə qayıtmaq və müəyyən güzəştlər almaq imkanı təklif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin