“Ermənilərin Türküstanda törətdiyi qətliam” - Ölülər şəhərinə çevirilən Hokan - VİDEO

Hazırda oxunan: “Ermənilərin Türküstanda törətdiyi qətliam” - Ölülər şəhərinə çevirilən Hokan - VİDEO

23623

“Şərqi Anadoluda 2, 5 milyon, Bakıda 30 min, Xocalıda 1000, Türkistanda 35 min  qoca, qadın uşaq olmaqla erməni vəhşiliyinin qurbanı oldu. Onlar vəhşicəsinə qətl edildilər”. 

Bizim.Media xəbər verir ki, bu barədə “Ermənistanın Türküstandakı qətliamı” adlı sənədli filmdə danışılır.

Tarixçi Zebiniso Kamalova bildirib ki, ermənilərin Türkistanda törətdikləri qətliam barədə çox az danışılır.

Onun sözlərinə görə, tarixçilər bu məsləni araşdırarkən ciddi maneələrlə qarşılaşır:

“Bu qətliamı araşdırmaq, faktları ortaya çıxarmaq, erməni qruplaşmasının Türkistanda törətdiklərini istimaiyyətə çatdırmaq istəyənlər ciddi  təhdidlə qarşılaşırlar. Hətta ölümlə belə hədələnirlər. Bunları isə erməni lobbiləri həyata keçirir”.

Araşdırmaçı qeyd edir ki, ermənilərin bu tarixdəki yeri və rolu ruslarla paraleldir. 

“Tiflisdə Daşnaksütyun adlı millətçi erməni partiyası qurulur. Əvvəl sosialist cizgilərlə irəliləyən partiyanın sonra  qatı millətçilikləri üzə çıxır.   Onlar rusların hakimiyyəti altına girərək Osmanlının qarşısına çıxırlar və  “böyük Ermənistan” qurmaq iddiası ilə rusların da dəstəyini alaraq irəliliyirlər”.

Z.Kamalovanın sözlərinə görə, bolşeviklər və ermənilər Türkistanda qurulan ilk milli- siyasi demokratik dövlət təşkilatı olan Türkistan Muxtariyyətini özlərinə potensial təhdid kimi görürülər. Bu barədə erməni mənbələrində də qeydlər var: 

“Onu yıxmaq üçün Daşnaksütyunun millətçilərindən istifadə edilir.  Bunun üçün  hərəkata başlanılır. 1918-ci ilin yanvar-fevral aylarında qətlimlarda   içərisində qoca, qadın və uşaq olamqla 35 min  insan amansızcasına öldürülür. Hokan xanlığının paytaxtı olan Hokan bu qətillər nəticəsində ölülər şəhərinə çevrilmişdi. Bu fakrtların hamısı arxivlərdə öz əksini tapıb”.

Sənədli filmdə əsas hədəfin sivillər olduğu  diqqətə çatdırılır:

“O dövrlər nəşr olunan  qəzetlərdə bildirlir ki, ermənilər qətl edərkən yalnız sivilləri hədəfə alırdılar.  Hokandakı fabriklərin birində 50 nəfərin kəsilərək öldürüldüyü deyilir. Qətl edilənlərin yaxınları da qurbana çevrilirdi. Belə ki, əzizlərini dəfn edərkən  ermənilər onları da öldürüb məzarlıqlara atırdılar”. 

Bolşeviklə etdiklərinə belə haqq qazandırırdılar:

“Yerli əhalinin bizə qarşı cihadına biz cavab verməli idik”. 

Ermənilər isə tarxi mənbələrdə tüklərə qarşı törətdikləri bu terroru qiymətli almaza bənzədirdilər:

“Qiymətli almaz əldə edirmişik kimi, bu günü düz 20 ay səbirsizliklə gözləmişik”.

Bizim.Media
 


 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin