Zelenski: Ukrayna Putin və Trampın razılaşmalarını tanımır

Hazırda oxunan: Zelenski: Ukrayna Putin və Trampın razılaşmalarını tanımır

236183

Sülh müqaviləsinin şərtləri dövlət və xalq üçün pis olarsa Ukrayna onları tanımayacaq.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında ABŞ və Rusiya arasında Ukraynanın iştirakı olmadan mümkün razılaşmalar barədə sualı cavablandırarkən deyib.

"Ukrayna üçün pis olan heç bir şeyə imza atmayacağam", - o vurğulayıb.

Zelenski qeyd edib ki, müharibə qurbanı olan Ukraynasız bu müharibəni bitirmək mümkün deyil.

"Əgər ABŞ - hərçənd ki, mən buna inanmıram, amma hər şey ola bilər - biz olmadan ruslarla bizim haqqımızda razılığa gəlsə, onun şərtlərini təsdiq etməyəcəyimiz təqdirdə o sazişdə uğur olmayacaq", - Zelenski qeyd edib.

Zelenski qeyd edib ki, ABŞ prezidentinin əvvəlcə onunla, sonra isə Rusiya prezidenti ilə görüşməsi düzgün olardı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin