Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə etdi

Hazırda oxunan: Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə etdi

236182

Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib:

“Prezident Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması, ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirdiyini, sülh danışıqlarına ev sahibliyi etməklə Türkiyənin öz töhfəsini verə biləcəyini və münaqişə tərəflərindən heç birini istisna etməyən danışıqlar prosesinin başlanmasının vacib olduğunu bildirib”.

Bundan əlavə, Prezident Ərdoğan Fələstinlilərin Misirə, İordaniyaya və ya başqa üçüncü ölkəyə köçməsi planının qəbuledilməz olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin