Peskov: "Rusiya yeni ərazilərini heç kimə və heç vaxt satmayacaq”

Hazırda oxunan: Peskov: "Rusiya yeni ərazilərini heç kimə və heç vaxt satmayacaq”

236124

"Rusiya yeni ərazilərini heç kimə və heç vaxt satmayacaq. Bu, mümkün deyil".

Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əsas odur ki, Ukraynanın bir hissəsinin insanları çoxdan Rusiyanın yanında olmağa qərar verib və heç kim bu əraziləri satmayacaq”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına açıqdır və onun üçün bu prosesə heç bir şeyin mane olmaması vacibdir:

"Rusiya Federasiyası və ABŞ prezidentlərinin Ukraynada sülh yolu ilə nizamlanmaya çıxmasına, onların öz siyasi iradələrini reallaşdırmasına heç nə mane olmamalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin