Daha bir gimnastımız Bakıdakı Dünya Kubokunda yarımfinala YÜKSƏLDİ

Hazırda oxunan: Daha bir gimnastımız Bakıdakı Dünya Kubokunda yarımfinala YÜKSƏLDİ

236011

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, idmançı buna Milli Gimnastika Arenasında təşkil olunan ilk yarış günündə 55.000 xal toplayaraq nail olub.

O, bu göstərici ilə 21 qadın gimnast arasında 5-ci yeri tutub.


Bu növdə ən çox xal toplayan ilk 8 idmançı yarımfinala yüksəlib. Azərbaycan yığmasının digər üzvü Şəfiqə Hümbətova (46.890) isə 18-ci olub.

Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları keçiriləcək.

Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin